Ölkə

"Azərbaycanda karantin dövründə miqrantların evdən çıxmasında problem olmayıb"

20 May 2020 11:45
1 Şərh     Baxış: 1 329
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda miqrantların xüsusi karantin dövründə SMS yazaraq evdən çıxması ilə bağlı heç bir problem olmayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən onlayn brifinqdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, ölkəmizdə yaşamaq icazəsi olan şəxslər şəxsiyyət vəsiqəsinin kodunu 8103-ə göndərməklə evdən çıxa bilirdilər:

"Vizasız şəxslər isə internet üzərindən bu müraciətləri edə bilirdilər. Bu sahədə heç bir problem olmayıb. Həmin şəxslərdən heç kim karantin dövründə problemlə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etməyib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.