Ölkə

Azərbaycanda karantin rejimi bu ilin sonuna qədər davam edəcək - TƏBİB

15 May 2020 18:14
Baxış: 7 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Karantin rejimi ən azı bu ilin sonuna qədər davam edəcək. Ola bilsin biz tədricən bundan çıxacağıq, ancaq müəyyən qaydalar tətbiq olunmaqda davam edəcək.

Milli.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, əgər karantin rejiminin daha tez yumşaldılmasını istəyiriksə, qaydalara əməl etməliyik:

"Beynəlxalq təcrübəyə baxsaq, görərik ki, ölkələr sərt karantin rejimindən daha çox vətəndaşları bu virusla birgə yaşamağa öyrəşdirirlər. Görülən tədbirlərə baxmayaraq bu virus bizim aramızda qalmaqda davam edəcək. Ola bilsin biz tədricən bundan çıxacağıq, ancaq bütün bunlar vətəndaşların sosial məsuliyyətindən asılı olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.