Ölkə

İbrahim Məmmədov: Yumşaldılmış karantin dövründə yoluxma halları olsa da, vəziyyət idarəolunandır

15 May 2020 17:17
Baxış: 1 954
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yumşaldılmış karantin dövründə yoluxma halları müşahidə olunsa da, vəziyyət idarəolunandır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, aidiyyəti qurumların yaratdığı maddi-texniki baza imkan verir ki, karantin qaydalarında yumşalma tədbirləri görülsün:

"İki ay ərzində karantin dövründə koronavirusa qarşı mübarizə üçün ölkə daxilində məhsulların istehsalına başlamışıq. Bəzi məhsullar üzrə idxalı minumuma endirmişik, bəzi məhsullar üzrə isə idxala ehtiyac olmayıb. Sumqayıtda gündə 200 min maska istehsal gücü olan 1, sonra isə gündə 300 min istehsal gücü olan daha bir zavod açıldı. Artıq birdəfəlik kombinezon istehsalına başlamışıq. Gündə 6 min kombinezon istehsal ediləcək. Modul tipli xəstəxanaların da tikintisinə başlanılıb. Artıq tibbi heyətin təşkilatı gücü var. Ona görə də bugünkü gücümüz bizə yumşalma tədbirləri görməyə imkan verir".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.