Ölkə

Bakıda ucuz mənzillərin sayı azalıb

13 May 2020 09:44
0 Şərh     Baxış: 2 713
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda daşınmaz əmlak bazarında aktivlik olmasa da qiymət dəyişiklikləri baş verib.

Milli.Az xəbər verir ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, aprel ayı ərzində təkrar mənzil bazarında təklif portfelində qiymətlərdə 1.13 faiz artım müşahidə edilib. Onun sözlərinə görə, ilkin mənzil bazarında isə mənzillərin qiyməti 8.58 faiz artım baş verib.

N.İbrahimov qeyd edib ki, artım, əsasən struktur dəyişikliyi hesabına olub: "Yəni təklif portfelində bahalı mənzillərin sayı çoxalıb, ucuz mənzillərin sayı isə azalıb. Ucuz qiymətə mənzil təklif edənlər pandemiya ilə əlaqədar olaraq mənzillərini satmağa ehtiyat etdilər və portfeldən çıxardılar, pandemiyadan sonrakı dövrü gözləməyə qərar verdilər. Bahalı mənzillər isə portfeldə qaldı. Bunlar hamısı son nəticədə bahalaşmaya gətirib çıxardı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.