AMEA işçilərinin məzuniyyət müddətinin tənzimlənməsi məsələsinə baxılacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Milli Elmlər Akademiyasında işçilərin yay dövrü üçün nəzərdə tutulan məzuniyyət müddətinin tənzimlənməsi məsələsinə baxılacaq.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
Bu il karantinlə əlaqədar işçilərin əlavə məzuniyyətə göndərildiyini xatırladan İ.Həbibbəylinin sözlərinə görə, AMEA işçilərinin məzuniyyəti iyul ayının ortalarından başlayır və mərhələli şəkildə sentyabr ayının ortalarına kimi davam edir:
"AMEA-da məzuniyyətlərə ənənəvi qaydada iyulun ortalarından başlayır. Ola bilsin ki, bu il həmin müddətdə müəyyən düzəlişlər oldu. Pandemiya dövrü bitdikdən sonra işçilərin məzuniyyət dövrünün dəyişdirilib-dəyişdirilməməsi ilə bağlı vahid qərar qəbul ediləcək. Amma hələlik ortaq bir qərar verilməyib. Çünki hələ bu məsələ gündəmdə deyil. Məzuniyyətlərinin vaxtının tənzimlənməsi ilə məsələyə mayın sonu, iyunun əvvəllərində baxılacaq".
Bəzi işçilərə bu il ümumiyyətlə məzuniyyətin verilə bilməməsinin mümkünlüyünə gəldikdə, İ.Həbibbəyli qeyd edib ki, bütün hallarda işçilərə məzuniyyət veriləcək:
"Məzuniyyət almaq vətəndaşların hüququdur. Ola bilsin ki, məzuniyyətin vaxtı dəyişdirilsin, amma məzuniyyət veriləcək. Məzuniyyətin müddəti isə ölkədə və dünyada gedən proseslərə uyğun tənzimlənəcək".
Xatırladaq ki, Azərbaycanda yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və vətəndaşların özlərini daha ciddi qorumasına şəraitin yaradılması məqsədilə AMEA əməkdaşlarının 2020-ci il martın 29-dan əməkhaqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilməsi haqqında qərar qəbul olunub.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar AMEA əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında" imzaladığı sərəncama əsasən, AMEA-nın bütün elmi müəssisə, təşkilat və xidmətlərində karantin rejimi müddətində işçilərin onların ümumi sayının 30 faizindən çox olmamaq şərti ilə işə cəlb edilməsinə və zəruri hallarda növbəliliyin tətbiq edilməsinə icazə verilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)
-
“Qarabağ”ın avrokuboklardakı anşlaqı yerli liqada yoxdur: 31 minlik stadionda acınacaqlı mənzərə - (Video)
-
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
XƏBƏR LENTİ
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)
-
“Qarabağ”ın avrokuboklardakı anşlaqı yerli liqada yoxdur: 31 minlik stadionda acınacaqlı mənzərə - (Video)
-
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
-
Gəncəsər monastırı ətrafında Ermənistanda yaradılan qalmaqalın elmi-tarixi əsası yoxdur - AMEA
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan





