Ölkə

Yeni metro stansiyasında 17 eskalator quraşdırılıb

9 May 2020 12:04
0 Şərh     Baxış: 2 417
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şərti adı "B3" olan metro stansiyasında işlər davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, stansiyada son yekunlaşma işləri aparılır:

"Stansiya 3 mərtəbəli olacaq. Artıq stansiyada 17 eskalator quraşdırılıb. Stansiyada sərnişinlər üçün nəzərdə tutulan liftlər də quraşdırılır. İşlər demək olar ki, yekunlaşıb. Sadəcə karantin rejimi ilə əlaqədar sərhədlərin bağlı olması səbəbindən ola bilər ki, hansısa avadanlıqların gətirilməsi ləngiyər. Belə hal olmazsa, stansiya ilin sonunda sərnişinlərin istifadəsinə verilə bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.