Ölkə

Bakıda son üç ayda ticarət dövriyyəsinin həcmi artıb

6 May 2020 09:07
0 Şərh     Baxış: 1 027
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin yanvar-mart aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz artaraq 5 milyard 124,6 milyon manat olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 0,9 faiz artaraq 2 milyard 378,3 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 1,1 faiz artaraq 2 milyard 746,3 milyon manata bərabər olub.

İstehlak məhsullarının 30,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 20,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 48,5 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.