Ölkə

BNA TƏBİB-lə birgə sürücülər arasında koronavirusa qarşı yoxlama aparır

4 May 2020 16:34
0 Şərh     Baxış: 717
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bakı Nəqliyyat Agentliyi TƏBİB-lə birgə sürücülər arasında koronavirusa qarşı yoxlama aparıb, 800-dən artıq sürücü yoxlanılıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, daşıyıcılarda virusa yoluxma faktı aşkarlanmayıb: "Hələlik, sürücülərdə virusa yoluxma halı aşkarlanmayıb. Bu da bizim qabaqlayıcı tədbirlər görməyimizlə əlaqədardır. Qarajlarımız hər gün dezinfeksiya edilir".

BNA sədri qeyd edib ki, xüsusi karantin rejimi zamanı 48 295 nəqliyyat vasitəsi cərmələnib, amma qərarları verilməyib.

V.Kərimlinin sözlərinə görə, "1 may tarixindən isə cərimə proseduruna başlanılacaq. Buna səbəb nəqliyyat vasitələrinin xaotik dayanması ilə onların sıxlığa səbəb olmasıdır: "Nəticədə məcburi halda cərimələri bərpa etməliyik. Bunun konkret zonalar üzrə tətbiqinə başlanılacaq. Nəqliyyat sıxlığı olmayan yerlərdə cərimələrin tətbiqi yersizdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.