Ölkə

Şimşək çaxaçaq, yağış yağacaq - HAVA PROQNOZU

2 May 2020 12:39
42 Şərh     Baxış: 9 069
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

3 mayda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata əsasən, mayın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər duman olacaq, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-24, Bakıda gecə 12-14, gündüz 21-23 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Mayın 3-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.