Ölkə

Toy sahibinin evində oğurluq - İki il sonra tutuldu

2 May 2020 10:59
0 Şərh     Baxış: 1 530
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəmkir rayonunda iki il əvvəl evdən oğurluq edən şəxs saxlanılıb. 

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşları tərəfindən 2018-ci ilin noyabr ayında rayon ərazisindəki fərdi yaşayış evindən oğurluq edən şəxs müəyyən olunub. 

Əvvəllər məhkum olunmuş rayon sakini, 39 yaşlı Anar Məmmədzadə Şəmkir ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları, 300 manat dəyərində nağd pul, 1 ədəd televizor aparatını və 1 ədəd oyun avadanlığını oğurlayıb.

Saxlanılan şəxs ifadəsində zərərçəkənin övladına toy etməsini bildiyini və oğurluq hadisəsini həmin gün etdiyini bildirib. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.