Hazırda 65 yaşdan yuxarı şəxslərin evdən çölə çıxması icazəsi məsələsinə baxılır. Mayın 11-dən sonra 65 yaşdan yuxarı şəxslərin evdən çıxması məsələsinə baxılacaq.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, mayın 11-dək ölkədəki vəziyyət qiymətləndiriləcək və vəziyyətdən asılı olaraq qərar veriləcək:
"Mayın 4-dən tətbiq edilən yumşaldılmaya ola bilsin ki mayın 11-də yenidən baxılsın və həmin mərhələdən sonra yumşaldılma haqqında qərar qəbul olunsun və yaxud əksinə. Situasiya diqqətlə izlənəcək və yumşaldılma barədə qərar qəbul olunacaq".
Milli.Az