Ölkə

Bu il əmək müqavilələrinin sayında 100 minə yaxın artım qeydə alınıb

1 May 2020 13:51
Baxış: 721
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu il əmək müqavilələrinin sayında 100 minə yaxın artım qeydə alınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Pezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq məşğuluq imkanlarının artırılması və qeyri-formal məşğulluğun qarşısının alınması, formal məşğulluğa keçidin stimullaşdırılması istiqamətində görülən kompleks tədbirlər əmək müqavilələrinin sayında artımın davam etməsinə imkan yaradıb.

Nazirliyin "Əmək müqaviləsi bildirişi" e-sistemindən əldə olunan məlumata əsasən, əmək müqavilələrinin sayı bu ilin əvvəlindən 1 may 2020-ci il tarixədək 98 min artıb. Əmək müqavilələrində artımın 88 mini özəl sektorun payına düşüb.

Pandemiya ilə əlaqədar iş yerlərinin və əməkhaqlarının qorunması istiqamətində Nazirlik tərəfindən işəgötürənlərlə, o cümlədən sahibkarlarla mütəmadi işlər aparılıb. Bu istiqamətdə e-sistem üzərindən gündəlik nəzarət həyata keçirilib.

İş yerlərinin qorunması təmin edilməklə, eyni zamanda, əmək müqavilələrinin sayında ciddi artımın baş verməsi işəgötürənlərin, həmçinin sahibkarların sosial məsuliyyət prinsipinin daha da gücləndiyini və mövcud şəraitdə sosial həmrəyliyə fəal dəstəyini ifadə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.