Ölkə

Koronavirusa görə 260 məhkum vaxtından əvvəl azadlığa buraxılıb

30 Aprel 2020 19:34
1 Şərh     Baxış: 1 693
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Koronavirusla bağlı penitensiar müəssisələr gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. 260 məhkum vaxtından əvvəl azadlığa buraxılıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Ədliyyə Nazirliyinin onlayn mətbuat konfransında nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

Onun sözlərinə görə, müəssisələrdə vətəndaşlarla görüşlər dayandırılıb, məhkumlar tibbi avadanlıqlarla təmin olunub:

"Bütün bu addımlar koronavirus infeksiyasının qarşısının alınmasına yönəlib. Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı ilə virusa yoluxma riski olan 65 yaşdan yuxarı 176 məhkum azadlığa buraxılıb. Bununla yanaşı, humanizm siyasətinin təzahürü olaraq 260 məhkum vaxtından əvvəl şərti azadlığa buraxılıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.