Ölkə

“Virtual məktəb” layihəsi tədris bərpa olunduqdan sonra da davam etdiriləcək - Təhsil Nazirliyi

27 Aprel 2020 18:04
0 Şərh     Baxış: 2 046
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Virtual məktəb" layihəsi yalnız pandemiya dövrü üçün nəzərdə tutulmayıb. Bu layihə təhsil müəssisələrində tədris prosesi bərpa olunduqdan sonra da davam etdiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin Təhsilin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib.

Məsafədən təhsilin bütün dünyada tətbiq olunduğunu nəzərə çatdıran nazirlik rəsmisi qeyd edib ki, portal şagird və müəllimlərə əlavə dəstək mexanizmi kimi təqdim edilib:

"Virtual məktəb platformasında verilən tapşırıqların şagirdlərin biliyinin qiymətləndirilməsində nəzərə alınması planlaşdırılmayıb. Portalda yerləşdirilmiş tapşırıqlar şagirdlərin biliyini yoxlamaq üçündür. Bu baxımdan əsas məqsəd kimisə qiymətləndirmək deyil, dəstək verməkdir. Bu platforma da şagirdlər üçün əlavə öyrənmək imkanıdır. Təhsil Nazirliyi virtual platformada hər həftə teledərslərdə keçirilən mövzulara uyğun olaraq, şagirdlərə yeni test tapşırıqları təqdim edir. Bu platforma bütün dünyada istifadə olunur. Şagirdlər də bu portaldan əlavə tədris resursu kimi istifadə edə bilərlər".

Xatırladaq ki, aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" layihəsinə start verilib. Aprelin 21-dək ölkənin 65 şəhər və rayonundan 370 min şagird və 20 min müəllim "Virtual məktəb" portalında qeydiyyatdan keçib. Layihənin məqsədi Təhsil Nazirliyinin yayımladığı teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirməkdir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.