Ölkə

Azərbaycanda əhalinin gəlirləri son üç ayda 6,8 faiz artıb

23 Aprel 2020 11:45
Baxış: 1 316
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci il yanvar-mart aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,8 faiz artaraq 13 milyard 442,5 milyon manat təşkil edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əhalinin hər nəfərinə orta hesabla 1350,2 manatlıq gəlir düşüb.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 12195,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 5,8 faiz çox vəsait qalıb.

2020-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 28,4 faiz artaraq 712,3 manat təşkil edib.

Əməkhaqqı neft-qaz sektorunda 3581,9 manat, qeyri neft-qaz sektorunda 650,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 607,7 manat, özəl müəssisələrdə isə 845,9 manat olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.