Ölkə

Müəllimlər İnstitutunun keçmiş rektoru vəfat etdi - FOTO

15 Aprel 2020 16:18
Baxış: 1 420
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müəllimlər İnstitutunun Gəncə filialının keçmiş rektoru vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, filialın keçmiş rektoru Ramiz Məmmədov ötən gecə dünyasını dəyişib. 

Qeyd edək ki, R.Məmmədov 2000-ci ildən 2013-cü ilədək Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının rektoru olub. 2013-cü ildə Təhsil Nazirliyinin yoxlaması nəticəsində vəzifəsindən azad olunub və filial ləğv edilib.

Yoxlamalar nəticəsində bağlanan təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunub. R.Məmmədova qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (külli miqdarda dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.