Gəncədə qəribə hadisə: Baldız yeznəni ailənin gözü qarşısında...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gəncə şəhərində bacısının ərinə qarşı cinayət törətməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Arifə Həsənovanın məhkəmə prosesi başa çatıb.
Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Arifə Həsənovanın yeznəsi Məhəmməd Həsənovun evində baş verib.
Arifə bacısının əri olan Məhəmmədin həyat yoldaşı Nigar Həsənovanı rəfiqəsi Türkan Mayılovanın evinə getməsinə icazə verməməsindən qəzəblənib.
O, Məhəmməd Həsənovu anası Səbnə Axundova və nənəsi Rəna Ələkbərova, arvadı Nigar Həsənovanın gözü qarşısında döyüb, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Məhəmməd Həsənov xəstəxanada tibbi yardım alıb.
İstintaq orqanı tərəfindən Arifə Həsənova barəsində Cinayət Məcəlləsinin 127.2.2-ci (təkrar qəsdən sağlamlığa az ağır zərərvurma) və 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlmalığa az ağır zərərvurma) maddələri ilə ittiham elan edilib.
Cinayət işi araşdırılması üçün Gəncənin Nizami rayon Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Yaşar Həşimovun icraatına verilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Arifə Həsənova elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O qeyd edib ki, Məhəmməd Həsənov onun bacısı Nigarın əridir:
"Məhəmmədlə Nigar 24 dekabr 2016-cı il tarixdə ailə həyatı qurub və onların birgə nikahdan bir oğlan uşaqları doğulub. 2018-ci il yanvarın 11-də axşam saatlarında Nigar mənə mesaj yazdı ki, uşağa kömək üçün hələlik gəlməyim, nə vaxt deyəndə gələrəm. Ertəsi gün səhər saat 9 radələrində bacımın yazdığı mesajı "gəlmə" əvəzinə "gəl" kimi oxudum. Bu səbəbdən Nigarın evinə getdim. Evə girən kimi Məhəmmədin nənəsi Rəna Nigara yaxınlaşaraq dedi ki, bacın Arifəni yola sal, getsin. Nigar isə Rənaya dedi ki, bacıma belə bir söz deyə bilmərəm, getsin Məhəmmədlə danışsın.
Rənaya dedim ki, Məhəmməd məndən küsüb. Guya ona demişəm ki, Məhəmmədin hürməyinə baxma, o, tutağan deyil. Bundan sonra Rəna mənə dedi ki, get, Məhəmmədlə danış".
Təqsirləndirilən şəxs qeyd edib ki, Rəna söz-söhbəti Məhəmmədə çatdırıb: "Məhəmməd də nalayiq söyüşlər söyməyə başladı. Sonra qapını döydüm, içəri daxil oldim. Məhəmmədə dedim ki, gəlməyimə peşman oldum, gedirəm. Həmin vaxt Məhəmməd məni evdən qovdu. Nigar da Məhəmmədə dedi ki, Arifə getsə o, da uşaqla evdən gedəcək.
Nigarın qayınanası Səbinə dedi ki, gedirsənsə ərizəni yaz, get. Biz getmək istəyəndə Səbinə nalayiq sözlər işlətdi. Bu zaman qayınanası Nigarın mobil telefonunu götürdü, dedi ki, telefonu yoxlatdıracaq. Bacım da onlara cavab qaytardı. Nigar onlara cavab qaytardıqdan sonra Məhəmməd Nigarın qulaq nahiyəsindən şillə vurdu, onun saçını yoldu. Həmin vaxt Səbinə və Rəna da Nigarın saçından yoldular. Mən araya girdim, onları sakitləşdirmək istədim. Bu vaxt Məhəmməd sifət nahiyəmdən yumruqla vurdu.
Məhəmmədin yumruğu yüngül olduğundan mənə elə bir ciddi xəsarət yetirmədi. Məhəmməd məni vurduğu üçün əsəbləşdim. Məhəmmədin sifət nahiyəsindən yumruqla bir dəfə vurdum. Məhəmməd ağrıdan qışqırdı və burnundan qan axdı. Məhəmməd mətbəxdən bıçaq gətirdi, mənə hücum etmək istəyərkən Səbinə onun üstünə qışqırdı. Bundan sonra Məhəmməd sakitləşdi. Həmin vaxt Nigarla mən sonuncunun oğlu Mirramizi də götürdük və evdən çıxdıq".
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Məhəmməd Həsənov bildirib ki, Nigarla ailə qurarkən əvvəlcə xoşbəxt olsalar da, son zamanlar ailə-məişət zəminində münasibətləri pisləşib və aralarında tez-tez mübahisə olub: "Mübahisələrinin əsas səbəblərindən biri də qayınanası və baldızı Arifənin bizim ailəmizə müdaxilə etməsi olub. Yanvarın 12-də günorta saat 13 radələrində baldızım Arifə yaşadığım ünvana gələrək arvadım Nigarı özü ilə rəfiqəsi Türkan adlı qadının evinə aparmaq istədi. Buna görə də Arifə ilə aramızda mübahisə yarandı.
Arifənin bizim ailəmizə müdaxilə etməsini və arvadımın özü ilə aparmaq istəməsinə maneçilik törətdim. Arifə ilə aramızda mübahisə yarandı və sonradan bu mübahisə davaya çevrildi".
Zərərçəkmişin sözlərinə görə, dava zamanı Arifə yumruqla onu vurub: "Arifə məni yumruq vurduqdan sonra arvadım Nigarla birlikdə azyaşlı övladımı da götürdülər və evdən getdilər. Arifənin mənə xəsarət yetirməsi barədə polisə ərizə ilə müraciət etdim.
Mübahisə zamanı evdə anam Səbinə, nənəm Rəna, arvadım Nigar olub. Arifə mənə heç bir səbəb olmadan, yəni Nigara rəfiqəsigilə getməməsini deyərkən xəsarət yetirib. Mən Arifəyə heç bir xəsarət yetirməmişəm. Dava zamanı Nigar da əli ilə məni vurdu, Arifənin əlində hər hansı əşya olmayıb, məni iki dəfə yumruqla vurub".
Məhkəmə hökm çıxaran zaman Arifə Həsənovanın ittiham olunduğu Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələrini həmin məcəllənin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif edib.
Məhkəmənin hökmü ilə Arifə Həsənova qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Hökmdən narazı qalan zərərçəkmiş Məhəmməd Həsənov apelyasiya şikayəti verib. O, birinci instansiya məhkəməsinin çıxardığı hökmün dəyişdirilməsini, Arifə Həsənovanın Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə təqsirli bilinməsini, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzanın ən yuxarı həddində cəza təyin edilməsini istəyib.
Hökmdən narazı qalan Arifə Həsənova da apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Hər iki tərəfin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Teyyub Muxtarovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Zərərçəkmişin və təqsirləndirilən şəxsin şikayətləri təmin olunmayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
XƏBƏR LENTİ
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Qazaxıstana səfər edib
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək





