Ölkə

“Tibbi maska koronavirusdan müdafiə etmir” - ÜST

3 Aprel 2020 10:54
8 Şərh     Baxış: 3 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sağlam insanların maska taxmağına ehtiyac yoxdur, tibbi maskanın özü isə koronavirusa qarşı müdafiəni təmin edə bilmir".

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç deyib.

Yazareviç qeyd edib ki, maskaları xəstə insanlar taxmalıdır ki, virus yayılmasın. ÜST nümayəndəsi xatırladıb ki, maska etibarlı müdafiəni təmin etmir və digər tədbirlərlə bərabər istifadə olunmalıdır. Onun sözlərinə görə, maska taxan insanlarda "yanlış təhlükəsizlik hissi" yaranır və onlar digər ehtiyat tədbirləri barədə unudurlar.

Bundan başqa, Yazareviç əlavə edib ki, qoruyucu vasitələr ilk növbədə tibb işçilərinə lazımdır, ona görə də bu malların adi vətəndaşlar tərəfindən kütləvi şəkildə alınmasına məhdudiyyət qoyulmalıdır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.