Ölkə

BBAK: Bu günə qədər 1715 sərnişin biletini geri qaytarıb

25 Mart 2020 16:24
0 Şərh     Baxış: 1 261
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qabaqcadan satış kassaları vasitəsilə, eləcə də onlayn qaydada öncədən bilet alan sərnişinlər biletləri qaytaran zaman ödədikləri məbləğ heç bir komisyon muzdu tutulmadan sərnişlərə geri qaytarılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib.

Onun sözlərinə görə, bu günə qədər 1715 sərnişin artıq biletini geri qaytarıb:

"Digər sərnişinlər də 29, 30, 31 mart tarixlərində onlar üçün ayrılacaq xüsusi kassalara yaxınlaşıb biletləri geri qaytara bilərlər. Qeyd edək ki, qaydaya əsasən, biletini onlayn qaydada əldə edən sənişinlər gedişdən imtina etdiyi zaman ödənilən məbləğ 7-30 iş günü müddətində onların hesabına geri köçürülür. Mövcud vəziyyətlə əlaqədar olaraq, onlayn qaydada bilet alan sərnişinlər də kassaya yaxınlaşıb şəxsiyyət vəsiqəsini və əməliyyat kodunu təqdim etməklə ödənilən məbləği nağd şəkildə ala bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.