Ölkə

Bakı polisi bir gündə 16 cinayətin üstünü açdı

25 Mart 2020 14:12
0 Şərh     Baxış: 913
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 24-da 16 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, onlardan 4-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Quldurluq üzrə 3, narkotiklərin qanunsuz dövriyyəsinə görə 2, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 5 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 4 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.