Ölkə

Azərbaycandakı miqrantların icazə müddətinin artırılmasına başlandı

19 Mart 2020 11:57
Baxış: 1 550
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sərhədlərin bağlanmasından sonra Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə müddəti başa çatan əcnəbilərin müraciətlərinə baxılması prosesinə başlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi Elnur Kələntərli deyib.

Onun sözlərinə görə, hazırda icazə müddəti başa çatan miqrantların ölkədə qalması üçün Dövlət Miqrasiya Xidmətinə onlayn müraciətlər qəbul edilir:

"Artıq 2 gündür ki, həmin miqrantların müraciətləri daxil olur. Müraciətlər qəbul olunur, həmin şəxsin ölkədə icazəsiz qalması nəzərə alınır. Proses sərhədlər açılana qədər davam edəcək".

E.Kələntərli bildirib ki, sərhədlər bağlanandan sonra icazə müddəti başa çatan bütün miqrantların müraciətləri nəzərə alınacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.