Ölkə

Paytaxtdan rayonlara xüsusi tənzimlənən reyslər təşkil ediləcək

19 Mart 2020 11:07
0 Şərh     Baxış: 3 379
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Regionlara hərəkət edən avtobusların işləmə qrafiki sərnişin axınından asılı olacaq".

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib.

Onun sözlərinə görə, şəhərlərarası bütün istiqamətlərə avtobus reysləri fəaliyyətini davam etdirir:

"Regionlara işləyən avtobuslar əvvəlki kimi fəaliyyətlərini davam etiriri. Sadəcə onlar xüsusi tənzimlənən reyslər olacaq. Ola bilsin ki, bu günlərdə işləyən avtobuslar əvvəlki qrafiklə üst-üstə düşməsin. Bu da sərnişin axınından asılıdır. Mümkündür ki, əvvəl hər hansısa istiqamətə 5 reys gedirdisə, bu günlərdə həmin reyslər birləşdirilsin. Bakı Beynəlxalq Avtovağzal Kompleksindən gedişlər xüsusi qrafiklərlə tənzimlənəcək və məhdudiyyət qoyulan tarixə qədər geri dönüş yalnız Bakı şəhərində qeydiyyatda olan sərnişinlər üçün mümkün olacaq".

P.Məmmədova bildirib ki, avtobusların işləmə vaxtını tam dəqiqləşdirmək üçün (012) 406-01-58/59 nömrəli "Məlumat Mərkəzi"nə zəng edə, eyni zamanda [email protected] email ünvanı və ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin "Facebook" səhifəsinə yaza bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.