Ölkə

Polşa səfirliyi viza üçün müraciətlərin qəbulunu dayandırır

13 Mart 2020 16:14
0 Şərh     Baxış: 1 324
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polşanın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsi viza almaq üçün sənəd qəbulunu müvəqqəti dayandıracaq.

Milli.Az xəbər verir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, bu addım COVID-19 koronavirusu ilə bağlı təhlükəli vəziyyətə görə atılıb.

Sənəd qəbulu martın 16-dan 29-dək həyata keçirilməyəcək.

Məlumata əsasən, Konsulluq və Polşa Diaspor Şöbəsi bildirir ki, konsulun qərarı ilə şengen vizası üçün müraciətlər yalnız təcili və əsaslandırılmış hallarda qəbul olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.