Ağdaşda fəhlənin ölümü ilə bağlı cinayət işi başlayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, ötən gün Ağdaş rayon Dəhnəxəlil kəndində fəaliyyət göstərən "Kafkaz" QSC-yə məxsus Beton Zavodunda çalışan fəhlə Hacıyev Mahir Mürsəl oğlunun faciəli şəkildə ölümü ilə bağlı cinayət işi başlanıb.
Məlumata görə, rayonun Ləki qəsəbə sakini M.Hacıyev Ləki-Qəbələ dəmiryolunun tikintisini həyata keçirən "Kafkaz" QSC-yə məxsus Beton Zavodda qaynaqçı işləyirmiş. Ayın 6-da işə gələn H.Mahir işlək vəziyyətdə olan beton qarışdıran qurğunun içərisinə düşərək ölüb.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Milli.Az