Ölkə

Qaxda xırdabuynuzlu heyvanları oğurlayan şəxs saxlanılıb

7 Mart 2020 12:24
0 Şərh     Baxış: 1 343
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Əmircan kənd sakini ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədən 6 baş xırdabuynuzlu heyvanın oğurlanması ilə bağlı məlumat verib.

DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında Qax RPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi Hidayət Əliyev saxlanılıb. O, törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı heyvanları satdığını bildirib.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.