Ölkə

Qusarda itkin düşən üç yaşlı qız tapıldı - FOTO

4 Mart 2020 18:21
1 Şərh     Baxış: 3 084
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qusarda itkin düşən azyaşlı tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Quba rayonu Xucbala kənd sakini S.Seyidova bu gün günorta saatlarında Qusar Rayon Polis Şöbəsinə müraciət edərək, rayon ərazisində yerləşən parkların birində iki azyaşlı övladı ilə istirahət edərkən qızı, 2017-ci il təvəllüdlü Mələyin itkin düşdüyünü bildirib.

Müraciətlə əlaqədar dərhal polis şöbəsinin əməkdaşları tərəfindən qeyd edilən ərazidə axtarışlara başlanılıb və keçirilmiş tədbirlər nəticəsində azyaşlı qısa vaxt ərzində rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.