Ölkə

"Koronavirusla bağlı möhtəkirlik, mənfəət gözləmək, əslində, xalqa qarşı düşmənçilikdir"

4 Mart 2020 11:50
Baxış: 1 425
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusla bağlı möhtəkirlik, mənfəət gözləmək, əslində xalqa qarşı düşmənçilikdir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, koronavirus epidemiyası bu gün bütün dünyanı narahat edən ciddi bir problemdir və Azərbaycanda da dövlət tərəfindən ən yüksək səviyyədə koronavirusla mübarizə tədbirləri həyata keçirilir: "Bu məsələ Prezident İlham Əliyevin nəzarəti altındadır. Bilirsiniz ki, cənab Prezidentin tapşırığı ilə Nazirlər Kabinetinin yanında koronavirusla mübarizə ilə bağlı xüsusi qərargah yaradılıb və bu qərargah da xüsusi vəziyyət rejimində çalışır. Vətəndaşlara demək istərdim ki, heç kim təşvişə düşməsin, amma hər kəs ehtiyat tədbirini görsün.

Mən bir həkim kimi deyirəm ki, təşviş, stres inanın ümumi immun sistemini zəiflədən faktorlardır. Ümumiyyətlə stres keçirmək və təşvişə düşmək lazım deyil, çünki bu gün Azərbaycanda koronavirus yayılmayıb. Koronavirus aşkar olunan şəxslər də ciddi nəzarət altındadır və müalicələr qaydasında gedir".

Deputat vurğulayıb ki, Azərbaycanda koronavirusla mübarizə üçün kifayət qədər dərman ehtiyatları var, klinikalar hazırdır: "Yəqin ki, yaxın zamanlarda istilərin düşməsi ilə bu problem tamamilə aradan qalxacaq".

M.Quliyev koronavirusla bağlı şayiə yayanları da qınayıb: "Burada ən ciddi məsələlərdən biri möhtəkir fikirlərin olmasıdır. Koronavirusla bağlı möhtəkirlik, mənfəət gözləmək, əslində xalqa qarşı düşmənçilikdir. Təsəvvür edin, bütün xalq narahat olduğu halda, kimlərsə bundan qazanmağa çalışır. Ancaq düşünmür ki, sabah özü və yaxınları da bu virusun təsirinə məruz qala bilər. Bu məsələdə həm cidd ictimai qınaq, həm də dövlət nəzarəti olmalıdır. Öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.