Ölkə

Gəncədə qonşular arasında dava: Torpaq bölgüsü qətllə bitdi - TƏFƏRRÜAT

29 Fevral 2020 12:59
0 Şərh     Baxış: 2 712
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə şəhərində qonşusunu öldürməkdə təqsirli bilinən 1952-ci il təvəllüdlü Akif Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Məhəmməd Bağırovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası martın 2-nə təyin edilib.

İttihama görə, hadisə Gəncə şəhəri, Depo qəsəbəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Zeynalabdin Kərimov odlu silahla açılan atəş nəticəsində ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Qətli törətməkdə şübhəli bilinən şəxs Gəncə sakini, Akif İsrafilovdur. Hadisənin torpaq üstündə yaranan mübahisə zəminində törədildiyi məlum olub.

Ev tikintisi zamanı Akif Hüseynovla Zeynalabdin Kərimov arasında torpaq üstündə mübahisə yaranıb, daha sonra əlbəyaxa davaya çevrilib.

Akif Hüseynov gənc oğlanın onu vurmasından hiddətlənib və evə gedərək qoşalülə tüfəngini götürüb. O, geri qayıdaraq Zeynalabdini güllələyib. 29 yaşlı oğlan hadisə yerində ölüb.

Hadisə zamanı orada olan Ruslan Yusifov və Rizvan Dünyamalıyevə də xəsarət yetirilib.

İstintaq orqanı tərəfindən Akif Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.