Ölkə

Dərs ili və tətil günlərində dəyişikliklər etmək səlahiyyəti Nazirlər Kabinetinə verilib

28 Fevral 2020 17:14
2 Şərh     Baxış: 1 414
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda ümumtəhsil müəssisələrində fövqəladə hallarla bağlı tədris ili müddəti və tətil günlərində dəyişikliklər etmək səlahiyyəti Nazirlər Kabinetinə verilib.

Milli.Az bildirir ki, bunu Trend-ə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, bu məsələ Nazirlər Kabinetinin yeni təsdiq etdiyi "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti" adlı sənəddə öz əksini tapıb.

C.Valehov əlavə edib ki, əvvəl müxtəlif fövqəladə hallarla bağlı həm bütün ölkə ərazisində, həm də ayrı-ayrı ərazi vahidlərində tədris ilinin müddəti və ya tətil günlərində dəyişiklik etmək səlahiyyəti Təhsil Nazirliyinə məxsus idi. Yeni sənədə görə isə bütün ölkə ərazisində ümumtəhsil müəssisələrində fövqəladə hallarla bağlı tədris ili müddəti və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin qərarı ilə edilə bilər. Ayrı-ayrı ümumtəhsil müəssisələrində isə müddətlər Təhsil Nazirliyinin əmri əsasında dəyişdirilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.