Ölkə

Azərbaycanda avtomobil yük daşımalarının həcmi artıb

28 Fevral 2020 09:12
0 Şərh     Baxış: 1 179
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin yanvar ayında Azərbaycan 0,507 milyard dollar həcmində avtomobil yük daşımaları həyata keçirib ki, bu da 2019-cu ilin analoji göstəricisindən 0,2 faiz çoxdur.

Bu barədə Milli.Az Dövlət Gömrük Komitəsinin (DGK) hesabatına istinadən məlumat verir.

Ötən il ərzində avtomobil yük daşımalarının həcmi təxminən 0,416 milyon ton təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 1,4 faiz azdır.

İxrac avtomobil daşımalarının həcmi təxminən 0,09 milyon ton (azalma 14,2 faiz) və pul ekvivalentində 0,092 milyard dollar (artım 8,7 faiz) təşkil edib.

Hesabat dövründə idxal təxminən 0,161 milyon ton (azalma 0,16 faiz) və pul ekvivalentində 0,416 milyard dollar (azalma 1,4 faiz) təşkil edib.

Ümumiyyətlə hesabat dövründə Azərbaycanın əmtəə dövriyyəsi 2,85 milyard dollar, o cümlədən ixrac 2,13 milyard dollar, idxal təxminən 0,72 milyard dollardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.