Ölkə

"AzerGold" milyon unsiyaya yaxın gümüş ehtiyatı olan sahəni istifadəyə verəcək

24 Fevral 2020 14:05
0 Şərh     Baxış: 1 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"AzerGold" QSC 2024-cü ildə Çovdar yatağında yerüstü (sulfid) mərhələ çərçivəsində hasilatı işə salmağa planlaşdırır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "AzerGold" QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, Çovdar yatağında sulfid mərhələsi üzrə təsdiq olunmuş ehtiyatlar 350 min unsiya qızıl və 925 min unsiya gümüşə bərabərdir.

Z.İbrahimovun sözlərinə görə, hazırda bu istiqamətdə əlavə qazma işləri başa çatdırılıb və indi ehtiyatların hasil olunmasının səmərəliliyi dəyərləndirilir.

Bu ilin sonunadək sulfid mərhələsi üzrə ətraflı texniki-iqtisadi əsaslandırmanın hazırlanması gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.