Ölkə

Bakı Ağ Şəhər incəsənət platforması kimi yaradıcı insanları cəlb edir - FOTO

21 Fevral 2020 09:06
Baxış: 2 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəssam, dizayner və memarların sənəti üçün müasir incəsənət platforması olan Bakı Ağ Şəhər layihəsi yaradıcı insanları cəlb etməkdədir. Ağ Şəhərdə son illər ərazində "Daşın nəğməsi" Beynəlxalq heykəltəraşlıq simpoziumlarının iştirakçıları, Amsterdamlı rəssam Cosef Klibanski, Fransalı strit-artist Tyeri Nuar, Britaniyalı heykəltəraş Toni Kreqq və digər incəsənət təmsilçilərinin əsərləri yer almışdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, fransalı tanınmış heykəltəraş Arik Levi və Tükiyədə fəaliyyət göstərən "Pilevneli Gallery" rəsm qalereyasının sahibi Murat Pilevneli Bakıya səfərləri baş tutdu. Tel-Əvivdə anadan olmuş Arik Levi hazırda Fransada rəssamlıq və sənaye dizaynı sahəsində yaradır. Bu gün Arik Levi dünyanın ən məşhur dizaynerləri siyahısındadır. Onun yaratdıcılığı Nyu Yorkdakı MoMA Muzeyinin, Parisdəki Georges Pompidou Mərkəzinin, Londondakı Viktoriya və Albert Muzeyinin və digər bir çox məşhur qalereya və muzeylərin daimi sərgilərinə daxil edilmişdir.

Səfər zamanı Arik Levi və Murat Pilevneli Ağ Şəhərdə incəsənət sahəsində yeni imkanlarla tanış oldular. Ağ Şəhərdə gəzinti zamanı cənab Levi və cənab Pilevneli burada yerləşdirilmiş çoxsaylı incəsənət nümunələrilə tanış oldular.

Bakı Ağ Şəhər layihəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 28 sentyabr 2006-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı" çərçivəsində həyata keçirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.