Ölkə

Azərbaycan bu ölkəyə 50 min dollar yardım ayırdı - SƏBƏB

20 Fevral 2020 20:34
0 Şərh     Baxış: 1 138
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliya İttifaqında 2019-cu ilin sonlarından tüğyan edən irimiqyaslı meşə yanğınlarının ağır fəsadlarının aradan qaldırlmasına köməklik göstərmək məqsədilə, Azərbaycan Respublikasının Prezidentinin tapşırığı ilə Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən 50 min dollar məbləğində humanitar yardım ayrılıb.

Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) direktoru cənab Seymur Fətəliyev maliyyə töhfəsinə dair sertifikatı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti cənab Novruzəli Aslanova təqdim edib. Sözügedən vəsait Azərbaycan Qızıl Aypara Cəmiyyəti vasitəsilə Avstraliya Qırmızı Xaç Cəmiyyətinə ianə edilib.

Qeyd edək ki, xarici kütləvi informasiya vasitələri tərəfindən Avstraliyanın əsasən cənub-şərq sahillərində baş vermiş yanğınların nəticəsində 25 nəfərin həyatını itirdiyi, 2000-ə yaxın evin və 8 milyon hektardan artıq ərazinin yandığı, yüz milyonlarla heyvanın tələf olduğu bildirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.