Ölkəmizdə koronavirus təhlükəsi varmı? - Baytarlıq müfəttişi görülmüş işlərdən danışdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Yanvarın 10-dan sonra Ukrayna, Slovakiya, Rumıniya, Macarıstan, Polşa, Çexiya, Almaniya, Hindistan, Danimarka, Səudiyyə Ərəbistanı, Vyetnam, Çin ölkələrindən Azərbaycana quş və quşçuluq məhsullarının gətirilməsi qadağan olunub. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı əvvəlcə xəstəliyi, sonra isə stabillik yaranmasını elan edir. Stabillik yarananda qadağa götürülür".
Milli.Az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib.
Onun sözlərinə görə, hazırda dünyanın 21 ölkəsində 30 ünvanda xəstəlik aşkarlanıb. AQTA ölkədə "quş qripi" ilə bağlı hər ay monitorinq keçirir. Sonuncu monitorinq fevralın 14-də başa çatıb. Monitorinqlər təbiət əraziləri, ailə, həyətyanı quşçuluq və böyük quşçuluq təsərrüfatlarını əhatə edir. İlkin nəticələrə görə heç bir yerdə xəstəlik aşkarlanmayıb. Bu il biotəhlükəsizlik səviyyəsi 3 olan səyyar laboratoriyalar monitorinqlərdə iştirak edir. Yəni, təbiət ərazilərində laborator müayinələr həmin laboratoriyalarda keçirilir. Digər quşçuluq müəssisələrindən götürülən nümunələr də Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi baytarlıq laboratoriyasında müayinə olunur.
Q. Əbdüləliyev deyib ki, koronavirusla bağlı risk daşıyan məhsulların siyahısı müəyyənləşdirilib və həmin məhsullar diqqətdə saxlanılır: "Həmin məhsulların həm daxili bazarda, həm idxal olunan vaxt təhlükəsizliyi tam nəzarətdə saxlanılır. Amma bu günə qədər hər hansı təhlükəyə rast gəlinməyib. Bildiyiniz kimi, koronavirus infeksiyasının diaqnostikası ölkəmizdə aparıla bilir. Artıq həm avadanlıq, həm müvafiq diaqnostik dəstlər ölkəmizə gətirilib. Biz bu həftənin sonunda görülmüş işlər barədə ətraflı məlumat verəcəyik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
XƏBƏR LENTİ
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)





