Ölkə

Zakir Qaralov rəisləri işdən çıxartdı - YENİ TƏYİNATLAR

20 Fevral 2020 12:17
0 Şərh     Baxış: 3 314
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş Prokurorluqda növbəti kadr təyinatları olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Baş prokuror Zakir Qaralovun əmri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsinin rəisi, ədliyyə müşaviri Sahib İsmayılov vəzifəsindən azad olunub. O, Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Bundan başqa, Z.Qaralovun digər əmri ilə Mütəxəssis təhlilləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Rəşid Mahmudov tutduğu vəzifədən azad edilərək Daxili təhlükəsizlik şöbəsinin rəisi vəzifəsinə, kiçik ədliyyə müşaviri Rövşən Abdullayev isə Mütəxəssis təhlilləri şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Baş Prokurorluğun Mətbuat Xidməti Trend-ə faktı təsdiqləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.