Ölkə

Xəstə arvadını atdı, yenidən evləndi - "Qızım bəlkə də sağalacaqdı. Həyat yoldaşının o hərəkəti ölümünə səbəb oldu"

20 Fevral 2020 13:35
4 Şərh     Baxış: 3 699
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda kişi xəstə olan arvadını atıb özünə toy etdi.

Milli.Az sonxeber.az-a istinadən xəbər verir ki, bunu Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə müraciət edən qadın bildirib.

O deyib ki, qızı vərəm xəstəliyindən əziyyət çəkirdi: "Qızımı alçaltmaq üçün qayınatası evi dezinfeksiya etdirdi. Mənim balam öləndə vəsiyyət etdi ki, oğlum atası ilə görüşsün. Səbinə xəstə olanda kürəkənim gedib başqası ilə evləndi. Qızım bəlkə də sağalacaqdı. Həyat yoldaşının o hərəkəti onun ölümünə səbəb oldu. Yusifə mən 5 yaşında doğum haqqında şəhadətnamə almışam. Qızıma el adəti ilə toy etdim. Lakin oğlan tərəfi 3 il onu nikaha salmadılar. Kürəkənim qızım xəstə olanda da onu üstümə atdı, gedib yenidən özünə toy çaldırdı. Qızımın qayınatası bu gün iki oğlunu da evdən qovub. Onların hər ikisi arvadlarının evində yaşayırlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.