Ölkə

Goranboyda silah səsi eşidilib - Polis 21 yaşlı gənci öldürüb - TƏFƏRRÜAT

19 Fevral 2020 17:58
2 Şərh     Baxış: 2 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Goranboy rayonunda insident zamanı silahdan istifadə edərək qətl törətməkdə təqsirli bilinən polis leytenantı Kərimov Vüsal Əlöysəd oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası fevralın 28-nə təyin olunub.

Qeyd edək ki, hadisə Goran qəsəsbəsi ərazisində baş verib.
Burada xidmət aparan əməliyyat müvəkkili Vüsal Kərimova bir vətəndaş müraciət edərək bir qrup şəxsin yol kənarında toplaşaraq mübahisə etdiyini bildirib. Dərhal polis əməkdaşı onlara yaxınlaşıb.
 
Bu zaman mübahisə edənlərdən biri onu yumruqla vuraraq yerə yıxıb. Belə olan halda polis əməkdaşı ona təhkim olunmuş tabel silahı ilə havaya xəbərdarlıq atəşi açıb.

Silahdan açılan güllə dava edən şəxslərdən birinə dəyib. Xəsarət alan 1999-cu il təvəllüdlü, rayon sakini Əhmədov Təbriz Xalıq oğlu vəfat edib

Kərimov Vüsal Əlöysəd oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma - ağır nəticələrə səbəb olduqda maddələri ilə ittiham elan olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.