Ölkə

Mikayıl Cabbarov: "Azərbaycanda Zərgərlər Assosiasiyasının yaradılması planlaşdırılır"

18 Fevral 2020 11:15
Baxış: 1 504
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda Zərgərlər Assosiasiyasının yaradılması planlaşdırılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar" adlı konfransda deyib.

Nazir bildirib ki, ölkədə zərgərlik işinin dəstəklənməsinin təmin olunması üçün Zərgərlik Assosiasiyasının yaradılması zəruridir.

Onun sözlərinə görə, ölkənin sosial-iqtisadi inkişafı çərçivəsində İqtisadiyyat Nazirliyi qarşısında dayanan əsas tapşırıqlardan biri kiçik və orta sahibkarlıq sahələrində orta və uzun müddətdə rəqabətin təmin olunmasıdır:

"Bu, qiymətli metalların hasilatında və xüsusilə də zərgərlik biznesinin inkişafı kimi tapşırıqlarda əks olunur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.