Ölkə

"Sədərək"də 9 nəfərə tibbi yardım göstərilib, 1 nəfər xəstəxanaya yerləşdirilib

18 Fevral 2020 09:39
0 Şərh     Baxış: 2 457
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın zamanı xəsarət alanlar var.

Milli.Az xəbər verir ki, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Trend-ə verilən məlumata görə, hadisə nəticəsində əraziyə 5 tibbi briqada cəlb edilib: "Hadisə nəticəsində 9 nəfərə yerində yardım göstərilib, 1 nəfər travma ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib".

Xatırladaq ki, bu gün səhər saatlarında "Sədərək" Ticarət Mərkəzinin 1-ci zona, 9-cu sırasında qəfil yanğın baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.