Ölkə

Rayonlara gedən sürücülərə xəbərdarlıq edildi: Yollar buz bağlayacaq

9 Fevral 2020 15:11
0 Şərh     Baxış: 5 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın bütün magistral yollarında hərəkət var.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat katibi Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, dünən axşam saatlarından ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi nəticəsində bəzi yollar buz bağlayıb: "Agentliyin bütün texnika və canlı qüvvəsi fevralın 8-dən hazır vəziyyətə gətirilib. dünən gecə saatlarında buz bağlayan yollar təmizlənib, buz bağlama ehtimalı olan yerlərə duz və qum qarışıqları səpilib. Hazırda bütün magistral yollarda vəziyyət normaldır, buz yoxdur. Agentliyin əməkdaşları kənd yollarının təmizlənməsinə cəlb edilib. hazı rda həmin yolların qardan təmizlənməsi prosesi həyata keçirilir".

A. Nəcəfli bu gün axşam saatlarında rayonlara hərəkət edən sürücülərə xəbərdarlıq edib: "Bu gün axşam saatlarında rayonlara gedən sürücülərdən xahiş edirik ki, ehtiyatlı olsunlar. Magistral yolların, xüsusən də Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımı və Muğannı hissəsinin buz bağlaması gözlənilir. Sürücülər bu prosesi nəzərə almalı və ehtiyatlı olmalıdırlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.