Ölkə

Bakının əsas magistrallarında sürət həddi endirildi

9 Fevral 2020 09:04
0 Şərh     Baxış: 1 053
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtda müşahidə olunan faktiki hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi endirilib.

Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Paytaxtın digər küçə və prospektlərində isə nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə olunur: "Bir daha hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edirik. Sürücülərdən xahiş edirik ki, metereoloji amilləri nəzərə alıb sürət həddinə əməl etsinlər. Qeyd edək ki, adi günlərdən fərqli olaraq şəhər yollarına və müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət artırılıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.