Ölkə

Azərbaycanda aqrar iqtisadiyyat dəyişir

3 Fevral 2020 13:56
0 Şərh     Baxış: 1 416
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda aqrar iqtisadiyyat dəyişir, bu baxımdan bu sektorda qadınların rolunu unutmaq lazım deyil və onları bu prosesin tamhüquqlu hissəsinə çevirmək lazımdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu FAO Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin proqramlar üzrə mütəxəssisi Kaan Başaran Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanla əməkdaşlıq proqramının birinci seminarı zamanı deyib.

Onun sözlərinə əsasən, qadınlar ölkə əhalisinin yarısının təşkil edir, lakin onların iqtisadi potensialının tam istifadə olunmaması ilə bağlı qadınların bazarda fəaliyyəti azlıq təşkil edir.

K.Başaran deyib ki, onun təmsil etdiyi qurumun məqsədi ərzaq məhsullarının tədarükünün dayanıqlı halqasını təmin etməkdir:

"Bu gün reallaşdırılan layihə Azərbaycanda qadınların məşğulluğunun, kənd təsərrüfatında rolunun artmasına xidmət edəcək. Qadınların kənd təsərrüfatında fəaliyyəti bu sahənin inkişafına kömək edəcək. Kənd regionlarında qadınların gəlirlərinin artması ailə institutunun inkişafına və möhkəmlənməsinə də gətirib çıxaracaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.