Ölkə

Azərbaycanda qadın fermerlər texniki dəstək alacaqlar

3 Fevral 2020 11:49
Baxış: 1 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda aqrar sektorda qadın sahibkarların sayının artması bir çox amilə müsbət təsir göstərəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə heyətinin sədri Leyla Məmmədova Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanla əməkdaşlıq proqramının birinci seminarı zamanı deyib.

O bildirib ki, qadınların iqtisadi imkanlarının inkişafı proqramına daxili bazarda onların rəqabətqabiliyyətliliyinin artması bərabər iqtisadi imkanların və hüquqların təmin olunması, eləcə də resursların idarə olunması və texniki kömək daxildir.

L.Məmmədovanın sözlərinə görə, layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrinə səfərlər edilib və bu səfərlər çərçivəsində aqrar sektorda məşğul olan qadınların sayının, eləcə də bununla bağlı müraciətlərin artması qeydə alınıb. Səfərlər zamanı 500-dən çox qadınla görüşlər keçirilib.

Bir il ərzində müraciətlər nəzərdən keçiriləcək və daha sonra müraciət edən qadınlar üçün xüsusi proqramlar hazırlanacaq. 2021-ci ilin sonunadə təxminən 200 qadın müəyyən texniki avadanlıqla təmin olunacaq və kənd təsərrüfatında sahibkar qismində fəaliyyətini davam etdirmək üçün onlara təlim keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.