Ölkə

Vulkandan xeyrimizə istifadə edə biləcəyik: alimlərimizdən ixtira

1 Fevral 2020 16:00
0 Şərh     Baxış: 6 709
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan alimləri ilk dəfə olaraq vulkan palçığı xammalı əsasında kompleks gübrə alıblar.

Bu barədə Milli.Az-a Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutundan bildirilib.

Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynovun, "Palçıq vulkanizmi" şöbəsinin rəhbəri Adil Əliyevin, "Geoekologiya" şöbəsinin baş elmi işçisi Mirəli Alosmanovun, "Palçıq vulkanizmi" şöbəsinin aparıcı elmi işçisi Orxan Abbasovun, eləcə də AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşlarının birgə ərsəyə gətirdiyi elmi ixtira Əqli Mülkiyyət Agentliyi tərəfindən patentləşdirilib.

Həmmüəlliflər üzvi-mineral kompleksin hazırlanması texnologiyası üçün vulkan palçığı ilə bərabər, istehsalat tullantılarından da istifadə ediblər. Hazırlanmış gübrənin müxtəlif torpaqlarla əlaqəli variantlarının tətbiqi onların bitkilərin inkişafına müsbət təsirini təsdiqləyib. Hazırda elmi ixtiranın nəticələrinin tətbiqi, o cümlədən alınmış üzvi-mineral kompleksin kənd təsərrüfatı sahələrində geniş istifadəsi ilə bağlı çalışmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.