Ölkə

BDU-nun tələbəsi karantinə alındı

31 Yanvar 2020 15:24
2 Şərh     Baxış: 5 795
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çin vətəndaşı Kliniki Tibbi Mərkəzdə (KTM) karantinə alınıb". 

Milli.Az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.

O bildirib ki, 22-23 yaşlı çinli oğlan Bakı Dövlət Universitetinin tələbəsidir və bu yaxınlarda Çindən Azərbaycana gəlib:

"Koronavirus təhlükəsi ehtimal olunmur. Sadəcə olaraq, Çindən gəldiyi üçün 14 gün müddətində təhlükəsizlik səbəbilə karantində saxlanılacaq". 

C.İsayev qeyd edib ki, müayinənin nəticələrindən asılı olaraq qərar qəbul olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.