Ölkə

"Vəziyyət bizi yetərincə qane etmir" - Məktəblərdə psixoloji xidmət...

31 Yanvar 2020 14:24
0 Şərh     Baxış: 913
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakı məktəblərində psixoloji xidmətin düzgün təşkili üçün təlimlər keçiriləcək".

Milli.Az Trend -ə istinadən xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyib.

Onun sözlərinə görə, həssas qrupa daxil olan uşaqlarla ən mühüm iş məktəb psixoloqlarının üzərinə düşür: "Təəssüf ki, bu sahədəki ümumi vəziyyət bizi yetərincə qane etmir.

Bu sahədə əsaslı dönüş yaratmaq, ümumi təhsil müəssisələrində psixoloji xidmətin düzgün təşkilinə və səmərəliliyinin artırılmasına nail olmaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə məktəblərdə çalışan psixoloqlar və təşkilati işlər üzrə direktor müavinləri üçün fevral ayından başlayaraq təlimlər keçiriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.