Ölkə

Ər-arvad dəm qazından zəhərləndi: ölən var

31 Yanvar 2020 10:19
0 Şərh     Baxış: 1 414
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şirvanda ər və arvad dəm qazından zəhərlənib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, hadisə ötən gecə şəhərin M.Mirzəyev küçəsindəki fərdi yaşayış evində baş verib. Şirvan şəhər sakini 1978-ci il təvəllüdlü Asim Süleymanov və onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Zeynəb Süleymanov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. A.Süleymanov xəstəxanaya çatmamış yolda dünyasını dəyişib. Z.Süleymanova isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.