Ölkə

Azərbaycanda ötən il ərzində daşınan sərnişinlərin sayı açıqlanıb

24 Yanvar 2020 20:57
0 Şərh     Baxış: 622
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ildə nəqliyyatçılar 2 milyard 056,5 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çox sərnişinə xidmət göstərib.

Milli.Az Trend-ə istinadən bildirir ki, sərnişinlərin 88,2 faizi avtomobil nəqliyyatı, 11,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 milyard 813,3 milyon sərnişin daşınıb və əvvəlki illə müqayisədə müvafiq olaraq 2,6 faiz artım qeydə alınıb.

Sərnişinlərin 96,0 faizi avtobus, 4,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 2,5 faiz artaraq 236,7 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 2 milyon 703,5 min və ya 12,7 faiz çox sərnişin daşınıb, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.