Ölkə

Ana 3 azyaşlı övladı ilə qazdan zəhərləndi, xəstəxanaya yerləşdirildi

13 Yanvar 2020 17:54
0 Şərh     Baxış: 1 161
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qobustan rayonunda bir ailə dəm qazından zəhərlənib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Qobustan şəhəri, M. Ə. Sabir küçəsi, ev 16-da baş verib.

Həmin evdə yaşayan, 1990-cı il təvəllüdlü Rəna Aslanova, övladları-2009-cu il təvəllüdlü Suvra Muradova, 2010-cu il təvəllüdlü Elçin Muradov və 2012-ci il təvəllüdlü Silarə Muradova yaşadıqları evin həyətindəki hamamda çimərkən dəm qazından zəhərləniblər. Ailə təcili Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq tibbi yardım olunublar. Hazırda ailə üzvlərinin vəziyyəti normal qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.