"Sumqayıt hadisəsi Azərbaycan xalqına qarşı mərkəzin və erməni dairələrinin törətdiyi bir təxribat idi" - Musa Qasımlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əslində, Ermənistan rəhbərliyinə geniş antiazərbaycan kampaniyasına başlamaq və Azərbaycana qarşı təcavüzkarlıq siyasətinə bəraət qazandırmaq üçün vasitə kimi lazım olan Sumqayıt hadisəsi əvvəlcədən müəyyən erməni qrupları tərəfindən hazırlanmışdı.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, tarixçi alim Musa Qasımlı deyib.
Onun sözlərinə görə, 1988-ci il fevralın 26-28-də Sumqayıtda baş verən hadisələrin istintaq materiallarından hücum edənlərin artıq qabaqcadan müəyyənləşdirilmiş mənzilləri seçdikləri aydın olur.
M.Qasımlı qeyd edib ki, öldürülən ermənilər erməni təşkilatlarına pul ödəməyən şəxslər idi:
"Onların siyahılarının əvvəlcədən hazırlandığını deyən tarixçi alim bildirib ki, hadisələrdə şəhərin qeyri-yerli əhalisindən ibarət olan cinayətkar elementlər iştirak etmişdilər. İğtişaşlar nəticəsində 32 nəfər həlak olub. Onların 24-ü erməni, 5-i azərbaycanlı, qalanları isə digər xalqların nümayəndələri idi. Bununla belə, Sumqayıt hadisələrində bir çox azərbaycanlı erməniləri mənzillərində gizlədərək ölümdən xilas etdi. Bədən xəsarəti alan 198 nəfərin 87-si xəstəxanaya yerləşdirildi. 60 mənzil qarət edildi, 14 avtomaşın yandırıldı, 8 maşın zədələndi, 16 ticarət obyektinin şüşələri qırıldı, Azərbaycan SSR Daxili İşlər Nazirliyinin 17 avtomaşını əzilib. Hadisənin təşkilatçılarından biri ermənilərin qətli və erməni qadınlarının zorlanmasında bilavasitə iştirak edən Eduard Qriqoryan idi. O, həmin iğtişaşlara qədər cinayət əməlləri üstündə bir neçə dəfə həbsxanada yatmışdı".
M.Qasımlı əlavə edib ki, Sumqayıt hadisəsi Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun 1988-ci il 29 fevral tarixli iclasında müzakirə edilb:
"İclasa sədrlik edən M.Qorbaçov Yerevanda vərəqələrin yayıldığını diqqətə çatdırıb. Həmin vərəqələrdə ermənilərdən mitinq etməyi dayandırmaq, silaha sarılmaq və türklərə qarşı hücuma keçmək çağırışları edilirdi. Yerevanda ordu qərargahına atəş açılmış, güllə qərargah rəisinin otağının pəncərəsinə dəymişdi. M.Qorbaçov onları ekstremist adlandıraraq bildirdi ki, mitinqlərdə bütün çıxışlarda əsas mövzu Qarabağ və onun Ermənistana birləşdirilməsidir. Dağlıq Qarabağ münaqişəsinin də kökləri etnik amilin üstünlüyündə deyil, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarında idi. Uzun illər boyu antiazərbaycan, antitürk xətti Ermənistanda rəsmi dövlət siyasəti səviyyəsinə qaldırılmışdı. M.Qorbaçovun hakimiyyətə gəlməsindən sonra bu proseslər daha da güclənmişdi".
M.Qasımlı təəssüflə deyib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının
formalaşmasında, milli münasibətlərin qızışdırılmasında erməni din xadimləri xüsusi rol oynayıblar.
"Mərkəz, xüsusən, Sovet İttifaqı KP MK katibi A.Yakovlev və M.Qorbaçovun həyat yoldaşı Raisa Qorbaçova daim istintaq orqanalarına təzyiqlər ediblər. M.Qorbaçov vəziyyətin kəskinləşməsini Azərbaycan hakimiyyətinin fəaliyyəti, guya ermənilərin sıxışdırılması ilə əlaqələndirdi. Tarixi gerçəkliyi əks etdirməyən belə yanaşma M.Qorbaçovun Azərbaycan xalqına düşmən münasibətinin göstəricisi idi".
Deputat əlavə edib ki, Sumqayıt hadisəsi Azərbaycan xalqına qarşı mərkəzin və erməni dairələrinin törətdiyi bir təxribat idi:
"Bu hadisə Azərbaycana qarşı təzyiq üçün edilmişdi. Sumqayıt hadisəsi xalqımızın üstünə atılmış bir ləkədir. Ondan alınan ibrət dərsləri çoxdur. Ərazilərimizin işğal altında qaldığı, qaçqın və məcburi köçkünlərimizin olduğu bir şəraitdə xalqımız dövlətimizin ətrafında sıx birləşməli, kifayət qədər ayıq olmalı, ölkəmizdə təbii sabitliyi qorumalı, səylərini quruculuğa yönəltməli, dövlətimizin daha da güclü olmasına çalışmalı, yeganə problemimiz olan Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həllinə var qüvvəsini sərf etməlidir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
XƏBƏR LENTİ
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq





